BURADA REKLAMINIZ OLA
BİLƏR

Müavinətlər artırıldı

Naxçıvanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatlarının əvəzinə verilən müavinətin məbləği artırılıb.

 

Pravda.az xəbər verir ki, həmin şəxslərə Naxçıvanda yerləşən dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatlarının alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin ediləcək və yaxud həmin dərslik və dərs ləvazimatların əvəzinə 50 manat müavinət veriləcək.

 

Bundan əlavə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər Naxçıvanda yerləşən dövlət ümumi təhsil, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman qanunvericiliyə uyğun olaraq, müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar. İndiyədək bu məbləğ 27,5 manat olub.

Tarix: 11 Fevral 2021, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin