BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı polisi: İddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot”...

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir.

 

“Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur”, - E.Hacıyev əlavə edib.

 

Qeyd edək ki, mətbuatda BŞBPİ-nin DYP İdarəsində ciddi yoxlamaların aparıldığı barədə məlumat yayılıb. Məlumata görə, aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.

Tarix: 8 Yanvar 2020, 19:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin