BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda dəhşətli hadisə: Qadın qonaq getdiyi binadan özünü atdı

Bərdədə 30 yaşlı qadın intihara cəhd edib.

 

Pravda.az xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində, hündürmərtəbəli yaşayış binalarından birində baş verib.

 

Belə ki, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Türkan Şükürova yaxın qohumlarının evinə qonaq gedib. Elə həmin binanın dördüncü mərtəbəsindən də özünü atıb.

 

Ağır bədən xəsarətləri alan qadın yaxınlıqda olanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Hazırda T.Şükürovanın vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qafqazinfo

Tarix: 12 Fevral 2021, 02:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin