BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Əhmədov: “Şahidi oldum ki, razılıq olmadan tikintiyə icazə verilmir”

Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən icra başçılarına daha bir xəbərdarlıq edib. Ölkə başçısı qeyd edib ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu: “Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu”.

 

Beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov deyib ki, Prezident tərəfindən icra başçılarına xəbərdarlıq dəfələrlə olub.

 

“Hələ Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev olanda da, belə xəbərdarlıq var idi. Sədr tərəfindən də bununla bağlı sərəncam imzalanmışdı. Dövlət başçısı göstəriş verdi ki, Komitənin icazəsi olmadan heç bir yerdə tikinti aparıla bilməz. Bütün işlər Komitəylə razılaşdırılmalıdır. İcra başçıları hazırda Komitə ilə razılaşdırma aparırlar.

 

Bu yaxınlarda rayonların birində özüm şahidi oldum ki, Komitədən icazə alınmadan tikintiyə icazə verilmədi.

 

Məsələ müəyyən qədər nizamlanıb. Ola bilər hansısa icra başçısı nöqsanlara yol verir. Mənim aldığım məlumata görə, bizim regionda  - Qubada buna riayət olunur” - deyə deputat bildirib.Modern.az

Tarix: 8 Yanvar 2020, 21:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin