BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkhaqqı 10 faiz artdı

Ötən il Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 535,8 manat təşkil edib.

Pravda.az-ın xəbərinə görə, Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,5% çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 531,7 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

Tarix: 12 Fevral 2021, 10:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin