BURADA REKLAMINIZ OLA
BİLƏR

“Atəşgah” sığortanın işçisi Rauf Arifoğlunun adından pul yığır

“Facebook” sosial şəbəkəsində və forumlarda hələ də belə informasiyalar yayılmaqdadır ki, icbari sığortaya səsləyən (və sığortalamadıqda cərimə olunacaqlarını bildirən) vərəqələrin vətəndaşların qapılarına bərkidilməsi davam edir. Yenə də həmin vərəqələrdə telefon nömrəsi göstərilən insanlar bununla bağlı dəqiq informasiya vermirlər.

 

Bu da təbiidir ki, yoxlanılmayan və dəqiqləşdirilməyən informasiya axını nəticəsində yaranan çaxnaşmada məqsədləri yalnız fırıldaqla pul qazanmaq olmayan müxtəlif dələduzlar da işə keçib.

 

Xətai rayon sakini, evi Rauf Arifoğlunun seçki qərargahının yaxınlığında olan Firdovsi Həsənovdan zəng daxil olub.

 

F.Həsənov danışıb ki, onun və qohumlarının yanına evləri sığorta etməyi təklif edən adamlar gəliblər. Onlar bildiriblər ki, bu iş məhz Rauf Arifoğlunun adı ilə bağlıdır və sığorta üçün pulu deputatlığa namizədliyini irəli sürən Rauf Arifoğunun adından yığırlar.

 

F.Həsənov qeyd edib ki, həmin vaxt o, özü evdə olmayıb. Bu səbəbdən də o, “yazılı xəbərdarlıq”dakı verilən telefon nömrəsi ilə əlaqə saxlayıb. Təbii ki, zəngə cavab verən şəxs heç bir dəqiq informasiya verməyib. Gördüyünüz kimi, dələduzlar siyasi məqsədlər güdür – məhz tədricən seçicilərinin etibarını qazanan qoyan insanın adını gözdən salmağı.

 

Bundan başqa, dələduzlar Xətai rayonunun sakinləri arasında Rauf Arifoğlunun tanınmış sima olmasından da istifadə ediblər. Belə ki, Rauf Arifoğlunun baş redaktor olduğu “Yeni Musavat” qəzeti uzun illər boyunca daim Xətai rayon sakinlərinin ağır sosial problemləri ilə bağlı məsələləri qaldırırdı və çox vaxt jurnalistlərin araşdırdığı problemlər həllini tapırdı: səhlənkar məmurlar işləməyə başlayırdılar, korrupsionerlər qanunla cəzalandırılırdı. Vicdansız, pul qopartmaq istəyənlər məhz Rauf Arifoğlunun qazandığı sevgi və hörməti önə çəkərək, “Yeni Musavat” media-holdinqin rəhbərinin adından “kozır tuz” kimi istifadə edərək oyun oynamağı qərara alıblar.

 

Hələ ki, bu iyrənc “piar-gediş”i kimin atdığı məlum deyil: ya Rauf Arifoğlunun siyasi rəqibləri, ya da insanların Rauf Arifoğluya olan rəğbətinin yüksəkliyindən istifadə edərək “atla gediş” etməyi qərara alan yerli “işbazlar”dır.

 

Əlbəttə, biz başa düşürük ki, seçkiqabağı yarış ədalətli olmalıdır, heç cür “çaqqal davranışları” formasını almamalıdır. Bu həm də murdar işlərə aiddir.

Xəbərdarlıq sənədlərində adı olan şəxs “Atəşgah” sığorta şirkətinin işçisidir. “Bu şirkətdən olanların niyə “Yeni Musavat” media qrupunun rəhbərinin adından müraciət edirlər?” sualına şirkətin əməkdaşı cavab verib ki, Rauf Arifoğlunun kim olduğunu heç bilmir, amma sığortaya görə pulu onların ofislərinin Xətai rayonundakı şöbəsində ödəyə bilərlər.

 

“Atəşgah”ın mərkəzi ofisi ilə əlaqə saxlayıb eyni sual verilib. Şirkətdən cavab veriblər ki, şirkətin bu məsələyə aidiyyatı yoxdur. Xəbərdalıq vərəqindəki telefon nömrəsi yazılan əməkdaş barəsində olan informasiya şirkət tərəfindən yoxlanılacaq.

 

Baş verənləri “Minval”a şərh edərkən Rauf Arifoğlu qeyd edib ki, bu hadisə onu çox təəccübləndirib və olanları dərin təəssüflə qarşılayıb: "Mən düşünmürəm ki, bu məsələ necəsə seçki ilə bağlıdır. Hazırda biz qərargahı formalaşdırırıq və seçkiqabağı strategiyanı müəyyənləşdiririk. Mənim qərargahımın könüllüləri qapı-qapı gəzmir, heç bir təbliğat işi aparmırlar. Belə ki, bu qanunla qadağandır. Rəsmi olaraq təbliğat işi yanvarın 17-dən sonra başlayır. Yalnız bundan sonra biz seçkilərdə fəal iştirak edəcəyik. Şığorta prosesinin seçkiqabağı kompaniyaya heç bir aidiyyatı yoxdur. Bu təxribatdan başqa bir şey deyil. Əgər bu prosesi mənim adımdan aparırlarsa, vətəndaşlar “Yeni Musavat” qəzetinin redaksiyasına zəng vurub bu faktlar haqqında məlumat versinlər. Mən şəxsən baş verən hadisə ilə bağlı Mərkəzi Seçki Komissiyasına, eləcə də hüquq mühafizə orqanlarına müraciət etməyi planlaşdırıram”.

Tarix: 8 Yanvar 2020, 23:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin