BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadın avtomobillə professoru vurdu

Azərbaycanda qadının idarə etdiyi avtomobil professor vurub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquqşünas Aslan İsmayılov məlumat verib.

 

A.İsmayılov sürücünün və xəsarət alan şəxsin adını açıqlamayıb.

 

“Doğrudan da çox maralı bir cəmiyyətdə yaşayırıq. İnsan nə qədər mədəni, səbrli olmaq istəyirsə o qədər də saymamazlıq, kobudluq görür. Mədənilik, dürüstlük, səbrlilik, insani hərəkət əfəllik, bacarıqsızlıq kimi qəbul edilir. Dələduzluq, kobudluq, işbazlıq, cilddən cildə girmək isə qoçaqlıq, bacarıqlılıq sayılır və həqiqətən də indiki dövrdə fayda gətirir. Bu halı vəkillik dövründə də həmişə görmüşdüm, amma günümüzdə daha sıx rastlaşar oldum. Bu günlərdə bir cavan xanım idarə etdiyi çox bahalı maşınla bir professoru şikəst edib. Bir neçə aydır ki, həmin professorla heç maraqlanan da yoxdur. Müstəntiqə zəng edib xahiş etdim ki, qanunun nəzərdə tutduğu bütün hərəkətləri icra etmək lazımdır. Sonralar bir neçə dəfə əlaqə saxlayıb yenə israrla xahiş etdim ki, bu qədər də saymamazlıq olmaz, bu professorun ailəsinin mədəni davranışını əfəllik kimi qəbul etməyin. Onların sakit durması, hadisəni ictimai müzakirəyə çevirməməsi onların öz mədəniyyətlərini göstərmələri və həmin xanımın rüsvay olmasını istəməmələri ilə bağlıdır. Yenə də bir xəbər yoxdur. Müstəntiq artıq telefonumu da açmır. Görünən odur ki, artıq tək ailənin yox, mənim də xoş davranışımı bacarıqsızlıq kimi qəbul edirlər” – hüquqşünas bildirib.

Tarix: 15 Fevral 2021, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin