BURADA REKLAMINIZ OLA
BİLƏR

"Məktəblərin nə vaxt bağlanacağını soruşurlar"

Məktəblərimizin açılması şagirdlər üçün, sözün bütün mənasında bayramdır. Ona görə gəlin, bu ünsiyyəti qoruyaq, kömək edək, müsbət təəssürat yaradan şəkillər, yazılar paylaşaq”.

Pravda.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Facebook sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, hələ məktəbə yenicə başlamamış mediadan məktəblərin nə vaxt bağlanacağı ilə bağlı ondan çox zəng və məktub daxil olub: “Əgər mediada ancaq bu cür neqativ (bu “COVID”in neqativi deyil) yazsaq, xüsusi qaydalara əməl etməsək, sosial medianın bir çox “virus” yayan səs yazılarını tirajlasaq, o zaman iş çətin olacaq. Ona görə də təklif edirəm ki, növbəti gündən başlayaraq jurnalist həmkarlarımız məktəbləri öz gözləri ilə görmək istəyərlərsə, müraciət edə bilərlər”.

C. Valehov qeyd edib ki, bu gün V-IX siniflərin Bakı, Abşeron, Sumqayıt daxil olmaqla bütün bölgələrimizdə ilk əyani dərs günü çox yaxşı keçib. Bunu Təhsil Tv-nin kiçik reportajı da təsdiq edir.

Tarix: 15 Fevral 2021, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin