BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda törədilmiş qətlin üstü açıldı

Bakının Xətai rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsi baş verib.

 

Xətai rayonunun prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

 

Xəbər verildiyi kimi, fevralın 15-də saat 05 radələrində Xətai rayon ərazisində 1987-ci il təvəllüdlü İsmayıl Xankərimova məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1987-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Famil İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix: 16 Fevral 2021, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin