BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Qazaxlıya hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Qazaxlı Ramiz Saday oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda hökm oxunub.

 

Hökmə əsasən, təqsirləndirilən şəxsə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Onun həbsdə saxlandığı 1 il 2 ay 16 gün müddət cəzadan çıxılmaqla üzərində 5 il 3 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

R.Qazaxlı Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.

 

Qeyd edək ki, "Azar-Tİ" MMC direktoru R.Qazaxlı bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.

 

İş üzrə 11 nəfər zərərçəkmiş var.

 

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.Report

Tarix: 16 Fevral 2021, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin