BURADA REKLAMINIZ OLA
BİLƏR

“Metro mütləq açılmalıdır”

“Uzun müddətdir Bakıda avtomobil idarə edirəm. Bütün məktəblər, bağçalar, universitetlər, kolleclər və iş yerləri tam şəkildə açıq olanda, şəhərdə belə tıxac olmurdu. Tıxac olurdu, amma müəyyən vaxtlarda, yəni pik saatlarda.  İndi universitet yoxdur, məktəblər qismən açılıb və hərəkət əslində əvvəlkindən azdır. Deməli, tıxacı azaldan Metro imiş. Bəli, Metro azı gün ərzində 600 min sərnişin daşıyır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Kamran Əsədov deyib.

 

K.Əsədov bildirib ki, hazırda hər kəs haqlı olaraq yoluxma hallarının artmasından narahatdır: “Amma belə avtobusda əlbəttə ki, artar. Metro mütləq açılmalıdır. Ola bilsin ki, ora qapalı məkandır və havalandırma sistemi zəifdir. Nə qədər pis olsa da, avtobuslardan yaxşıdır».

Tarix: 16 Fevral 2021, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin