BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamil Zeynallı “qul bazarı“nda kostyum payladı

Pandemiya dövründə xeyriyyəçilik aksiyaları ilə tanınmış məhşurlar arasında ən çox diqqət mərkəzində olan idmançı, fitnes məşqçisi Kamil Zeynallı bu dəfə də ənənəsinə sadiq qalıb.

 

Pravda.az xəbər verir ki, o, bu dəfə Dərnəgüldə yerləşən, xalq dilində "qul bazarı" adlandırılan işçi bazarına gedərək fəhlələri sevindirib.

 

İdmançı bununla bağlı sosial şəbəkədə paylaşdığı videogörüntüdə bildirib ki, fəhlələrə kostyum paylayıb:

 

“Bu gün maraqlı bir yardımımız oldu, çox məzəli, deyib-gülərək keçdi. 30 ədəd təzə, etiketi üstündə olan kostyum payladıq. Dərnəgüldə körpünün altında dayanan fəhlə qardaşlarımız geyinib-kecinib getdilər”. 

Tarix: 16 Fevral 2021, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin