BURADA REKLAMINIZ OLA
BİLƏR

"Əli və Nino" kitab mağazasından oğurluq edən 3 yeniyetmə tutuldu

Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub. 

 

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

 

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, oğurluq edilən kitab evi "Əli və Nino" MMC-yə məxsusdur.

Tarix: 17 Fevral 2021, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin