BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərhad Əhmədova AĞIR İTKİ



Məşhur azərbaycanlı milyarder, Rusiyadakı "NortQaz” şirkətinin yaradıcısı Fərhad Əhmədova ağır itki üz verib.

Pravda.az xəbər verir ki, Fərhad Əhmədovun böyük qardaşı Ramiz Əhmədov vəfat edib.

Allah rəhmət etsin!

Qeyd edək ki, Fərhad Əhmədovun atası Teymur Əhmədov vaxtilə Göyçayda zavod direktoru olub.

Fərhad Əhmədov dünyadakı məşhur Azərbaycan əsilli milyarderlər arasında xüsusi populyarlığı ilə seçilir.

Hazırda Göyçayda fəaliyyət göstərən "AzNar” şirkəti və şirkətin təsisçisi olduğu "Kənd" MMC də Fərhad Əhmədova məxsusdur. Şirkət Göyçay və İsmayıllı rayonlarında 1200 hektardan çox sahədə nar, üzüm, alma bağları yaradıb.


Sfera.az

Tarix: 17 Fevral 2021, 19:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin