BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda elektrik enerjisinin qiyməti iki dəfə artırılır? – RƏSMİ AÇIQLAMA

“Azərişıq” ASC elektrik enerjisinin qiymətinin artırılması üçün Tarif Şurasına müraciət etməyib.

 

Bu barədə “Azərişıq" ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev Pravda.az-ın sorğusuna cavab olaraq bildirib.

 

T.Mustafayev qeyd edib ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Qeyd: Yayılan məlumatlara əsasən, əhali üçün bir kilovat elektrik enerjisinin qiyməti 14 qəpiyə qaldırılır. Hazırda 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır.

 

Nəzrin Cavid

Tarix: 18 Fevral 2021, 21:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin