BURADA REKLAMINIZ OLA
BİLƏR

Suqovuşanda mina partladı - Ölən var

İşğaldan azad edilmiş ərazilərdə daha bir mülki vətəndaş minaya düşüb.

 

Pravda.az-ın məlumatına görə, hadisə bu gün Tərtərin Suqovuşan kəndində baş verib.

 

Hadisə nəticəsində Laçın rayonundan keçmiş məcburi köçkün, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu həlak olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qafqazinfo

Tarix: 18 Fevral 2021, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin