BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlik: "Təbrik mesajları"nı bloklayın

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərini son günlərdə "WhatsApp"da aşkarlanan "Yeni il virusu" ilə bağlı diqqətli olmağa çağırıb.

 

Pravda.az-ın verdiyi xəbərə görə, istifadəçilərə naməlum şəxslərdən "təbrik mesajları" adı ilə gələn bütün mesajları bloklamaq tövsiyə olunur.

 

Məlumatda bildirilir ki, virusun yayılma üsulu çox sadədir. Belə ki, yeni il bayramı ilə bağlı gələn mesajlarda virusa yoluxan veb saytların linki göndərilir. Hakerlər bu yolla istifadəçinin smartfon və ya kompüterindəki fərdi məlumatlara daxil olurlar.

 

Bununla yanaşı, reklamlar, şəxsi məlumat sorğuları və bəzi xidmətlər üçün üzvlük təklifləri də daim istifadəçinin qarşısına çıxır. "Yeni il virusu" çox sadə bir hiylə olsa da, bu tora düşənlər az deyil. "WhatsApp" ən məşhur mesajlaşma tətbiqidir və bu virusların proqram vasitəsi ilə yayılması çox asandır.

Tarix: 9 Yanvar 2020, 18:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin