BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir şəhidin yeni dünyaya gələn körpəsinin adına 5 min manatlıq hesab açılacaq

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

 

Fonddan verilən məlumata görə, daha bir şəhidin yeni doğulan övladının, şəhidimiz Mahmud Əhmədovun  övladı Mələyin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 manat anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 manatlıq hesab açılacaq.

 

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

 

Tarix: 19 Fevral 2021, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin