BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış aktyor vəfat etdi

Türkiyədə daha bir aktyor koronavirusun qurbanı olub.

Pravda.az xəbər verir ki, tanınmış teatr və kino aktyoru Toyqun Atəş COVID-19-dan həyatını itirib.

66 yaşlı aktyorda çəkilişlər üçün getdiyi Malatyada fevralın 6-da virus aşkarlanıb. Vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirilib. Onda mutasiyalı koronavirus təsbit edilib.

Bütün müdaxilələrə rəğmən, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aktyor “Sirli kənd” filminin çəkilişləri üçün Malatyada olub.

Tarix: 19 Fevral 2021, 20:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin