BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əməliyyat keçirildi, “BUM” markalı ov tüfəngi götürüldü

Bakıda əməliyyat keçirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə fevralın 17-də saat 3 radələrində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında baş verib.

 

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmaqda və orada işləyən 2 nəfəri döyməkdə şübhəli bilindiyinə görə saxlanılan S.Quliyevdən qundağı və lüləsi kəsilmiş “BUM” markalı ov tüfəngi götürülüb.

Tarix: 20 Fevral 2021, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin