“Ayaz Mütəllibov ərizəni oxuduqdan sonra ağlaya-ağlaya otağına qayıdıb”

“Ayaz Mütəllibov iki gün parlamentin binasından buraxılmayıb. Daxili İşlər naziri Tofiq Kərimova zəng edir ki, məni girov saxlayıblar. O da deyir, nə edim, sizi azad edim? Görün dövləti nə günə salmışdılar...”

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

 

“Daxili İşlər nazirinin əsas işi prezidenti qorumaqdır. Hakimiyyəti bu dərəcədə rəzil vəziyyətə salmaq olmazdı. Mütəllibovla danışıqlar aparılır ki, istefa versin. Təzyiqlərə görə istefa verir. İstefa ərizəsini də Bəxtiyar Vahabzadə yazıb. Bəxtiyar Vahabzadə çıxışında deyib ki, ərizəni iki variantda hazırlayıb, prezidentə verib. İstefa ya müzakirə edilsin, ya da edilsməsin. Mütəllibov isə müzakirəsiz variantı seçib. Ayaz Mütəllibov ərizəni oxuduqdan sonra ağlaya-ağlaya otağına qayıdıb” – A.Səmədov bildirib.

Tarix: 21 Fevral 2021, 22:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin