BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kristal Abşeron"un yeni tikilən binasında fəhlə özünü asdı

"Kristal Abşeron"un yeni tikilən binasında çalışan fəhlə özünü asaraq intihar edib.

 

Pravda.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən Kristal Abşeronun yeni tikilən binalarının birində baş verib.

 

Məlumata görə, həmin binada yaşayış yoxdur, intiar edən şəxs isə binanın tikintisində fəhlə işləyir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlartı və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəln olunub.

 

Meyit muayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Report

Tarix: 22 Fevral 2021, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin