İtaliyanın Konqodakı səfiri öldürüldü

İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub.

 

Pravda.az-ın xəbərinə görə, yaraqlılar ölkənin şərqində yerləşən Kanyamahoro şəhəri yaxınlığında BMT-nin konvoyuna hücum edib.

 

Hücum nəticəsində üç nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur.

 

Məlumata görə, hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.

 

Səfirin həlak olması xəbərini İtaliya Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Tarix: 22 Fevral 2021, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin