İrakli Qaribaşvili ilk səfər edəcəyi ölkəni açıqladı

İrakli Qaribaşvili Gürcüstanın baş naziri kimi ilk səfərini Belçikaya edəcək.

 

Pravda.az xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı deyib.

 

İ.Qaribaşvili martın 15-dən 17-dək Brüsseldə Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya haqqında saziş üzrə yüksək səviyyəli görüşlərin planlaşdırıldığını bildirib.

 

O, Brüsselə David Zalkaliani ilə yollanacağını söyləyib.

 

Qeyd edək ki, Gürcüstanın yeni baş nazirinin Belçikadan sonra Azərbaycana səfər edəcəyi gözlənilir.

 

Report

 

Tarix: 22 Fevral 2021, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin