Azərbaycanda din xadimləri narkomaniyaya qarşı mübarizəyə cəlb olunacaq

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirmək məqsədi ilə regionlarda müzakirələr aparılması, vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi, belə tədbirlərə din xadimləri cəlb ediləcək.

 

Pravda.az-ın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planında əksini tapıb.

 

İş Planına əsasən, şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatlarını cəlb edilməklə mütəmadi həyata keçiriləcək.

Tarix: 22 Fevral 2021, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin