Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilir

Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Pravda.az xəbər verir ki, aksiyaçılar paytaxtın mərkəzinə doğru irəliləyirlər. Polisin etirazçılara hər hansı müdaxilə etmədiyi bildirilir.

“Bizim Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bir proqramımız var. Xalqımızla birgə onun gedişinə nail olacağıq. Biz konstitusiya yolu ilə gedirik”, - deyə “Daşnaksütyun”un təmsilçisi İşxan Saqatelyan bildirib.

Fevralın 20-də müxalifətin Baş nazir postuna namizədi Vazgen Manukyan etiraz aksiyasında müxalifəti “iqtidarı ildırım sürəti ilə almağa hazır olmağa” çağırmışdı. O, bunu “B” planı adlandırmışdı. Manukyanın sözlərinə görə, “A” planına isə hökumət başçısını istefa verməyə məcbur edən kütləvi etiraz aksiyalarının keçirilməsidir.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Qarabağda atəşkəslə bağlı sazişi imzalayan Nikol Paşinyanın istefası tələbi ilə Ermənistan müxalifəti mütəmadi olaraq aksiyalar keçirir.
 

Tarix: 22 Fevral 2021, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin