BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 5 nəfərin ölüm səbəbi məlum oldu

Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb. 

Pravda.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

Həmin ünvanda yerləşən mənzillərdən birində 5 nəfərin meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

İlkin məlumata görə, onlar dəm qazından boğularaq ölüblər.

Tarix: 23 Fevral 2021, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin