BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gürcüstanı “3+3” platformasında iştiraka razı salmağa çalışırıq” - Çavuşoğlu

““3+3” platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışırıq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib.

 

“Ümid edirik ki, Gürcüstan “3+3” platformasında iştirak edəcək. Bundan hər kəs qazanacaq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

 

Türkiyəli nazir Gürcüstanda hökumət dəyişikliyinin baş verdiyini və Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün təxirə salındığını da xatırladıb.

Tarix: 23 Fevral 2021, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin