BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hərbçilərin maaşlarının lazımi qaydada verilməsinin Milli Məclisdə tərəfdarı olmayan kimsə tanımıram"

"Milli Məclisin iclasında spiker hərbçilərin maaşının kəsilməsi tələbi ilə, ümumiyyətlə, hansısa fikir ifadə etmədi. Sadəcə bildirdi ki, "hazırda Qarabağ döyüş bölgəsi deyil". Burada yanlış olan nə var ki?"

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

"Yəni Qarabağda hazırda döyüşlər getmir. Kimsə ermənilərin təxribatçı addımlarından narahatçılıq ifadə edə bilər və ya gələcəkdə döyüşlər başlaya bilər, ancaq hazırda ən azı imzalanan bəyanata görə döyüşlər dayandırılıb. Hərbçilərin maaşlarının lazımi qaydada verilməsinin də Milli Məclisdə tərəfdarı olmayan kimsə tanımıram. O halda bu nə çirkin təbliğatdır aparılır?  Kimliyi məlum və ya məchul olan bu kimi şəxslərin paylaşımlarına diqqətlə yanaşmaq lazımdır. Olmayan bir şeyi öz istədikləri kimi manipulyasiya edib xalqı təhrikedici çağırışlarla çaş-baş salmağa çalışırlar.  Bu düşünülmüş bir üslubdur, yalanı uydurduqdan sonra məsələnin mahiyyətinə varmadan hər kəs əsassız ittihamlarını konkret şəxsə yönəltməyə başlayır. Sonra da ilkin mənbə yoxa çıxır. O boyda millətin gözü qarşısında həyasızcasına bu cür qondarma ittiahamları  tirajlayanda buna inananlar da özlərini sorğulasalar daha yaxşı olardı" - F.Mustafa qeyd edib.

Tarix: 24 Fevral 2021, 00:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin