BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur qolfçu ağır qəzaya düşdü

Amerikalı qolfçu Tayqer Vuds Kaliforniya ştatının Ranço Palos Verdes şəhərində ağır yol qəzasına düşüb.

 

Bu barədə Pravda.az “TASS”a istinadən xəbər verir.

 

Qeyd olunub ki, qəza zamanı avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə gələn yanğınsöndürənlər hidravlik xilasetmə vasitələrindən istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalan idmançını xilas ediblər.

 

Tayqer Vuds təcili yardımla yerli xəstəxanaya aparılıb.

 

Vudsun menecerinin dediyinə görə, idmançı ayağından çoxsaylı xəsarət alıb və hazırda əməliyyat olunur.

 

Report

Tarix: 24 Fevral 2021, 00:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin