BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Milli Məclisindən ÇAĞIRIŞ

Milli Məclisin deputatları xarici ölkələrə səfərləri zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində, o cümlədən, pandemiya ilə əlaqədar olaraq videokonfrans formatında keçirilən görüşlərdə iştirak edərkən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Xocalı soyqrımı haqqında faktların geniş yayılması istiqamətində məqsədyönlü iş görürlər. Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə olunur.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumata görə, faciənin 29-cu ildönümü ərəfəsində xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvləri Xocalı soyqrımı haqqında həmkarlarına geniş məlumat verir, onları bu soyqrıma ədalətli münasibət bildirməyə çağırırlar.

 

"Son günlərdə bu məqsədlə İordaniya, İsrail, Meksika, Peru, Əfqanıstan, Estoniya, İndoneziya, Bosniya-Hersoqovina və digər ölkələrin parlamentlərarası dostluq qrupları ilə keçirilən onlayn görüşlərdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib. Məqsəd bu soyqırımı haqqında həqiqətlərin daha çox ölkələrin ictimaiyyətinə çatdırılması və milli parlamentlər tərəfindən faciəyə ədalətli hüquqi-siyasi münasibətin bildirilməsidir. İnanırıq ki, faciəni törədən, dinc insanları qətilə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verəcəklər", - parlamentdən bildirilib.

Tarix: 24 Fevral 2021, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin