BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycanın tanıtımı baxımından faydaları çoxdur” – Fazil Mustafa

“Gəncə şəhərinin Nizaminin doğulduğu doğma torpaq olduğunu nəzərə alsaq, erməni vəhşiliyi nəticəsində şəhərdə yaranmış dağıntılar üzərindən təbliğat işi aparılar və nəticədə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məsələ ilə bağlı müəyyən işlər görər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

 

Deputat qeyd edib ki, mövcud tendensiya genişləndirilməli və Nizami Gəncəvi irsinin təbliği prioritet məsələlərdən biri kimi hər zaman gündəmdə saxlanılmalıdır: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Bu qurumun Azərbaycanın tanıtımı baxımından faydaları çoxdur. Ümumiyyətlə, Nizami Gəncəvi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi, şairin irsinin tanıdılması, əsərlərinin tərcümə edilməsi və müəyyən şəkildə onunla bağlı beynəlxalq elmi simpozium və konfransların keçirilməsi Nizami Gəncəvinin doğulduğu məkan kimi Azərbaycana xüsusi diqqət ayrılmasına səbəb olur”.

 

Fazil Mustafa həmçinin erməni vandalizmi nəticəsində dağıntılara məruz qalan Azərbaycan əraziləri ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin görə biləcəyi işlər barədə danışıb.

 

Deputat deyib ki, Gəncə şəhərinin Nizaminin doğulduğu doğma torpaqlar olduğunu nəzərə alsaq, erməni vəhşiliyi nəticəsində şəhərdə yaranmış dağıntılar üzərindən təbliğat işi aparılar və Mərkəz məsələ ilə bağlı müəyyən işlər görə bilər: “Dağıntılara məruz qalmış digər ərazilərlə bağlı məsələ, hesab edirəm ki, başqa kontekstdə həll olunmalıdır. Ümumiyyətlə, Azərbaycana qarşı törədilmiş bu vandalizm hər gün diqqətdə saxlamaq vacib məsələlərdəndir”.

 

Qeyd: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edib. Söhbət zamanı Mərkəzinin gələcək planları və Bakı Qlobal Forumunun keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

 

Nəzrin Cavid

Tarix: 24 Fevral 2021, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin