BURADA REKLAMINIZ OLA
BİLƏR

Diqqət: Martın 1-dən...

Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana PCR testinin mənfi nəticəsi ilə bağlı arayış təqdim edərək daxil ola biləcəklər.

 

Pravda.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

 

Qərar Gürcüstana hava yolu ilə səfərlərə şamil olunur.

 

Azərbaycan və Gürcüstan arasında quru sərhədlər vasitəsilə sərbəst qarşılıqlı səfərlərə məhdudiyyətlər qalmaqda davam edəcək. Qonşu ölkə hazırkı mərhələdə quru sərhədlərlə bağlı cari rejimi qüvvədə saxlayır.

 

Qeyd edək ki, pandemiya səbəbindən Azərbaycan və Gürcüstan arasında sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılıb.

 

Report

 

 

Tarix: 24 Fevral 2021, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin