BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kim mane olurdu ki, Nehrəmi və ya Aşağı Ayıblını "ağıllı kənd" kimi qurmayıblar?!”

“Prezident və hökumət nümayəndələri son zamanlar Hərbi Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda "ağıllı şəhər, ağıllı kənd", "yaşıl yaşayış", "smart yaşam yerləri" terminləri işlədirlər, belə təkliflərlə çıxış edirlər. Qulağa xoş gələn, ürəyə yatan, doğru olan yanaşmadır. Amma son 28 ildə elə bu hökumətə kim və ya nə mane olurdu ki, məsələn, Kürdəmiri "smart şəhər", Beyləqanı "yaşıl yaşam məkanı", ya da, məsələn, Nehrəmi və ya Aşağı Ayıblını  "ağıllı kənd" kimi qurmayıblar?! Buna işğal, erməni terroru mane olmurdu, elə deyil?! Deməli, əsas problem idarəetmədədi, anlayıram ki, işğaldan azad edilən ərazilərdə sıfırdan nəsə qurmaq daha asan ola bilər, amma bu idarəetmə sistemi ilə çətin alına, çünki bütün "ağıllı", "smart", "yaşıl" konsepsiyaların əsasını vətəndaş, seçici, yerli özünüidarəetmə təkşil edir».

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

 

N.Cəfərli qeyd edib ki, bu konsepsiyaların yerli özünüidarə elementi olmadan, yuxarıdan təlimatla işlək olması mümkün deyil: “Formul belə işləyir: Ağıllı şəhər = Bilikli vətəndaş = Təhsil sistemi = Seçici = Seçkili Orqanlar = Məsuliyyət.  İndi 5-10 sm qar yağanda infrastrukturu iflic olan Bakının da əsas dərdi idarəetmədir. Seçkili mer əsas həll yollarından biridir. İşğaldan azad edilən torpaqlarmızı doğru-düzgün qura bilsək, Bakının da yükü azalacaq. İfrastrukturu 2 milyon əhaliyə hesablanan şəhərdə indi 3,5 milyon nəfər yaşayır, bu infrastruktur kollapsının digər səbəbidir. Bu problemin həll üçün isə iqtisadi fürsətlərin ölkə üzrə ədalətli və ağılla paylanması məsələsi də həll edilməlidir, bu da məhz yenə idarəetmə problemidir...”

Tarix: 24 Fevral 2021, 22:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin