BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyan onlardan fərqli olaraq öz xalqına qarşı silah qaldırmır, hələ heç kütləvi həbslər aparmağa da imkan vermir»

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli müsahibə verib. Müsahibəni təqdim edirik.

 

– Qabil müəllim, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 23-də verdiyi müsahibədə eks-prezident Serj Sərkisyanın Vətən müharibəsiz zamanı Rusiya istehsalı olan “İskəndər” əməliyyat-taktiki raket komplekslərindən istifadə edilməməsi barədə ittihamına cavab olaraq bu raketlərin işlək qabiliyyətli olmadığını bəyan edib. O qeyd edib ki, Rusiya raketləri “istifadə üçün uyğun deyil” və tam partlamır. İstərdik müsahibəmizə bu məqama münasibətinizi öyrənməklə başlayaq...

 

– Əvvəla qeyd edim ki, Paşinyan həqiqətləri danışır. Onun sözlədiklərinin hamısı baş vermiş hadisələrdir. Hazırda həbsdə olan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi də vaxtilə təxminən buna bənzər fikirlər səsləndirmişdi. O bildirmişdi ki, “İskəndər” raketlərindən istifadə edildi, lakin qarşıya qoyulan məqsədə nail oluna bilinmədi. Hətta Ermənistan mətbuatında bu raketlərdən Şuşaya yaxınlaşmaqda olan Azərbaycan hərbçilərinə doğru atəş açıldığı fikri özünə yer edib. Həm də təkcə Şuşaya yox, Mingəçevir SES-ə, Gəncə və Bakı şəhərlərinə də atəş açıldığına dair məlumatlar var. Ermənilər sözün əsl mənasında barbadlığın, vandalizmin ən ifrat formalarına gediblər.

 

Amma həm Allah bizimlə olub, həm də Şuşaya atılan “İskəndər” raketləri Şuşanın 35 kilometrliyinə düşüb və partlamayıb. Bakı və Mingəçevir SES-ı atılan raketlər isə İsraildən aldığımız Hava Hücumundan Müdafiə Sistemləri – “Dəmir günbəz” vasitəsilə zərərsizləşdirilib.

 

Bir sözlə rus silahının nə qədər etibarslz olduğu bunun fonunda İsrail HHM nə qədər güclü olması praktikada təsdiq olunub.Yəni kim nə söyləyir söyləsin, hansı diskussiyaları açır açsın – faktlar budur.

 

“İskəndər” raketlərinin döyüşlərdə özünü doğrultmadığı fikrini söylənək mümkündür.

 

– Yəni siz Paşinyanın raketlərlə bağlı açıqlamasını həqiqətəuyğun hesab edirsiniz?

 

– Bəli, həqiqəuyğun hesab edirəm. Çünki onu baş qərargah rəisi də təsdiq edib.

 

– Paşinyanın açıqlaması rus silah sənayesinin nüfuzuna necə təsir edəcək?

 

– “İskəndər” əməliyyat-taktiki raket kompleksləri doğrudan da rus silahları içərisində ən qorxulusu və təhlükəlisidir. Bu silah xarici ölkələrə satılmır. Bunu yalnız Ermənistana, özü də pulsuz-parasız veriblər. Amma bu silah da özünü doğrultmadığından Rusiyanın silah sənayesinin prestijinə güclü zərbə vurulduğunu hesab etmək olar.

 

Bundan əvvəl Rusiyanın Si-35 təyyarələrinin etibarsızlığı haqqında Hindistandan etiraz dolu fikirlər səsləndirilmişdi. Həmçinin, Rusiyanın hava hücumundan müdafiə sistemləri, məsələn Suriyada, Ermənistanda, Liviyada olan bu cür sistemlərinin qeyri-effektiv olduğu fikri zaman-zaman səsləndirilib. Hətta NATO da onları ən qorxunc silahlar sırasına aid etmişdi. Onların hər üçü Qarabağda, Suriyada və Liviyada Türkiyənin “Bayraktar-2”ləri tərəfindən çox asanlıqla sıradan çıxarıldı. Yaxud S-300 hava hücumundan müdafiə sistemlərini götürək.

 

Onu bizə də sırıyıblar. Həmin silah sistemlərinin ikisi Qarabağ müharibəsində “Bayraktar-2” pilotsuz uçuş aparatları vasitəsilə məhv edildi. Onlardan biri də Suriyada vurulmuşdu. Bundan başqa Rusiyanın başqa hava hücumundan müdafiə sistemləri var ki, onlar Türkiyənin pilotsuz uçuş aparatlarına qarşı təcili surətdə Ermənistana göndərilmişdi.

 

Onları əmin etmişdilər ki, bu sustemlər həmin PUA-ların havaya qalxan kimi vurulub yerə salınmasını təmin edəcək. Bu, növbəti addım da özünü doğrultmadı. “Bayraktar-2”nin biri də olsun Rusiya istehsalı olan “Pantsir-C1” zenit raket kompleksi tərəfindən vurulub salınmasının şahidi olmadı.

 

Yəni belə deyək, rus silahının – istər hava hücumundan müdafiə sistemləri, onun ən qorxunc növləri olsun – heç biri nə Vətən müharibəsində, nə Suriya müharibəsində, nə də Liviyada özünü doğrultmadı və Türkiyənin PUA-ları vasitəsilə bir andaca sıradan çıxarıldı.

 

– Nikol Paşinyanın sizin də dediyiniz kimi rus silah sənayesinin prestijinə zərbə vurması Rusiyada necə qarşılanacaq? Qeyd edim ki, artıq Rusiyanın bəzi deputatları və ekspertləri Paşinyanın söylədikləri ilə razılaşmadıqlarını bildiriblər. Bu açıqlama Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcək?

 

– Necə olur olsun. Necə təsir edir etsin. Onsuz da bu həqiqətlər Paşinyanadək təsdiq olunmağa başlamışdı. Yəni Paşinyanadək Suriyada Rusiya silahları Türkiyə PUA-ları vasitəsilə bir-bir necə deyərlər dənlənmişdi. Yəni hamısı yox edilmişdi. Liviyada da eyni proses baş vermişdi. Yəni Paşinyanadək artıq bu fikir ilk dəfə olaraq Suriyada yaranmış, formalaşmış, daha sonra Liviyada öz təsdiqini tapmış, lap sonuncu dəfə isə belə deyək Qarabağ müharibəsində Ermənistan ordusunun silahlanmasında olan rus silahlarının etibarsızlığı tam üzə çıxmışdı.

 

– Son vaxtlar Robert Köçəryanla Serj Sərkisyanın aktivləşdiyi aşkar görünməkdədir. Siz buna necə münasibət bildirərdiniz?

 

– Çox pis. Bir vəətəndaş kimi onların siyasi fəallığına heç kim moratorium qoya bilməz. Amma bu iki şəxs hərbi canidir, cinayətkardır. Onlar Azərbaycanda Xocalı soyqırımı, Qaradağlı soyqırımları törədiblər. Onlar ümumiyyətlə Qarabağ müharibəsində Azərbaycan Ordusunun 35 minədək hərbçisinin və mülki əhalinin ölümündə günahkardırlar. Üstəlik, həm “Miatsum” hərəkatının, həm “Krunk” təşkilatının yaradılmasının, həm də ümumiyyətlə Qarabağda baş verən separatizmin, onun ideologiyasının, bunun ideologiyanın daşıyıcılarının silahlanaraq Azərbaycan qarşı hərbi qüvvəyə çevrilməsinin əsas təşkilatçılarındandırlar. Bu mənada belə adamların bu gün siyasi məkanda kimlərisə, xüsusilə Paşinyanı tənqid və təhdid etmələri, “mən olsaydım, belə edərdim” kimi ciddi əsası olmayan iddialarla qarşı tərəfi tərk-silah etməyə çalışması sadəcə ikrah hissi doğurur. Yəni bu, sənin dövründə - Köçəryanın dövründə qurulan ordudur, onunn qoyduğu qayda-qanunlardır. İndi Paşinyan həmin ordunu iki il müddətində dəyişdirib baş ordu edə bilməzdi axı. Demək istəyirəm ki, bu məğlubiyyət məsələsində ən böyük məsuliyyət, ən böyük qəbahət Robert Köçəryanla Serj Sərkisyanın üzərinə düşür.

 

– Ümumiyyətlə, Ermənistanda hazırda mövcud olan durumu necə dəyərləndirmək mümkündür?

 

– Ermnistanda sözsüz ki, hakimiyyət böhranı hökm sürür. Hakimiyyət böhranı hələ ki, heç cür inqilabi şəraitə çevrilə bilmir. Köçəryan və Sərkisyan da daxil olmaqla 20-dək siyasi qüvvə gücünü cəmləşdirərək ölkədə inqilabi əhval-ruhiyyə yaratmağa çalışırlar. Amma buna heç cür nail ola bilmirlər. Çünki səsləndirdikləri şüarlar, təklif etdikləri müxtəlif konsepsiyalar hamısı Paşinyanın devrilməsinə, yalnız bundan sonra guya Ermənistanın çiçəklənən və öz heyfini ala biləcək dövlətə çevrilməsi haqqındadır. Bunların hamısı oxunmuş nəğmələrdir. Ona görə də insanlara ciddi təsir göstərmir. Üstəlik, onu da deyim ki, Paşinyanın yerində Serj Sərkisyan, yaxud Robert Köçəryan olsaydı, 2008-ci il martın 1-də törətdikləri qanlı hadisələri – onlarla insanın həlak olmasına səbəb olmuş qırğını çoxdan törətmişdilər. Ancaq Paşinyan onlardan fərqli olaraq öz xalqına qarşı silah qaldırmır. Hələ heç kütləvi həbslər aparmağa da imkan vermir.

 

Məsələ ondadır ki Paşinyanın hakimyyətə gəlməsi inqilabi yolla baş verib. Hər bir inqilab da özünü qorumağı bacarmalıdır. Bu inqilabın nailiyyətlərini qorumaq üçün istənilən vasitə və metodlardan istifadə etməlidir. Bu indi Paşinyanın öz işidir, ola bilsin ki, gələcəkdə tədbirlər daha da sərtləşdirilsin. Amma hər halda fakt faktlığında qalır ki, bugünkü Ermənistan müxalifəti irəli sürdüyü şüarlarla, təqdim etdiyi tezislərlə, konseptual baxışlarla cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilmir və havadan asılı vəziyyətdə qalır. Elə Paşinyanı qoruyan vəziyyətin belə olmasıdır.

 

– Fevralın 20-də İrəvanın mərkəzindəki Azadlıq meydanında Ermənistan müxalifətinin mitinqi keçirildi. Bu mitinqə və orada səslənən radikal çıxışlara münasibətiniz necədir?

 

– Paşinyan 2018-ci ilin aprel-may aylarında mitinqlər keçirəndə o meydana 150-200 min insan toplayırdı. Paşinyan hakimiyyəti ona görə götürə bildi ki, o, sonuncu həmləsində deyilənə görə Ermənistanın bütün bölgələrindən az qala yarım milyonadək insanı İrəvanın mərkəzinə toplaya bilmişdi. Bu qədər nəhəng kütlənin qarşısında Serj Sərkisyan necə deyərlər, əllərini göyə qaldırmağa və təslim olmağa məcbur oldu. O zaman Paşinyan tək idi, “Mənim addımım” partiyası yeni formalaşmaqda idi. İndi isə 20-dək siyasi partiya “Vətənin xilası komitəsi” adlanan qurumda birləşib, əllərində çox böyük maliyyə var, xaricdəki diaspordan da pul dilənirlər, müxtəlif səviyyələrdə onlara həm informativ, həm də ideoloji dəstək verirlər. Amma nə qədər cəhd etsələr də mitinqə 5 mindən çox adam çıxara bilmirlər. Sonunu mitinqə də 5 min adam yığa bilməmişdilər. Həmişə 2-3 min və bir qədər bundan çox adam yığırlar. Düzdür, yeni mitinqin vaxtını elan ediblər, amma itaətsizlik adı altında küçələri bir-bir gəzərək özlərinin sosial dayaqlarının zəifliyini bir növ ört-basdır etməyə çalışırlar. Yəni bu 20 siyasi partiya faktiki olaraq get-gedə nüfuzunu itirməkdədir. Ona görə də tez-tez onların sıralarından belə şüarlar səsləndirilir ki, qiyama qalxmaq, Paşinyanın həyatına sui-qəsd etmək lazımdır. Bildirirlər ki, yalnız bu yolla ölkədə dəyişikliklərə nail olmaq olar. Yəni hakimiyyət dəyişikliyinin legitim yollarını yox, qeyri-legitim yollarını işə salmaq və bunun vasitəsilə Paşinyanı devirməyə çalışırlar. Əlbəttə, bu da ağır cinayətdir. Onsuz da onların əli dəfələrlə qana bulaşıb, dəfələrlə cinayət törədiblər. 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi də Köçəryan və Sərkisyanın vicdanına yazılıb. O zaman Ermənistan parlamentinin spikeri olan Karen Dəmirçiyan, müdafiə naziri Vazgen Sərkisyan, bir sıra deputatlar öldürülmüşdü. Bu proseslərin hamısının başında dayanan da Köçəraynla Sərkisyandır.

 

Teleqraf.com

Tarix: 25 Fevral 2021, 00:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin