BURADA REKLAMINIZ OLA
BİLƏR

Fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı - FƏRMAN

ABŞ Prezidenti Cozef Bayden sələfi Donald Trampın ölkədə yeni növ koronavirusun yayılması ilə əlaqədar tətbiq etdiyi fövqəladə rejim müddətini uzadıb.

 

Pravda.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı amerikalı lider müvafiq fərman imzalayıb.

 

“13 mart 2020-ci il tarixdə prezident COVID-19 pandemiyası ilə əlaqədar olaraq ölkədə fövqəladə vəziyyət rejimi elan edib. Pandemiya ictimaiyyətin sağlamlığı və ölkənin təhlükəsizliyi üçün ciddi risk yaratmaqda davam edir. Buna görə də fövqəladə vəziyyət rejimi 1 mart 2021-ci il tarixindən sonra da davam etdirilməlidir”, - deyə Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış fərmanın mətnində qeyd olunub.

 

Fövqəladə vəziyyət rejiminin müddətinin nə vaxtadək uzadılması açıqlanmayıb.

 

Bayden bildirib ki, ABŞ-da yeni növ koronavirus infeksiyası nəticəsində 500 mindən çox insan öldüyü üçün “federal hökumətin bütün imkanlarından yararlanmaqla COVID-19-la mübarizə və ona qarşılıq verilməsi davam etdirilməlidir”.

 

APA

Tarix: 25 Fevral 2021, 01:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin