BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaşlı qadınlar küçədə qar təmizləyir? – BŞİH aydınlıq gətirdi: Yayılan foto Sumqayıtda çəkilib

Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı araşdırma aparıb və məlum olub ki, sosial şəbəkədə yayılan şəkillər Sumqayıtda çəkilib.

 

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

 

Bildirilib ki, BŞİH-in kadrları arasında 65 yaşına çatmış hər kəs təqaüdə çıxır.

 

"Bakı Şəhər İcra Hakimiyyətində qar təmizləmək üçün ayrılan canlı qüvvələr kişilərdir. Digər tənqidlərə gəlincə isə, bütün paytaxt küçələri BŞİH tərəfindən təmizlənmir, burada müəyyən bölgü var. BŞİH-ə aid olan texnika isə öz sərəncamında olan küçələri təmizləmək üçün istifadə edilir" - məlumatda qeyd olunub.

 

Nəzrin Cavid

Tarix: 25 Fevral 2021, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin