BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıt ŞİH: Qar təmizləmək üçün canlı qüvvələr arasında 65 yaşlı xanımlar yoxdur - FOTO

"Ola bilər ki, həmin fotolardakı şəxslər ərazi üzrə təmizləmə işi aparan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləridir".

 

Bu barədə Pravda.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev məlumat verib.

 

E.Qocayev bildirib ki, Sumqayıtda kifayət qədər texnika var və yollar texnika ilə təmizlənir: "Fotoşəkillərlə şəxsən tanış deyiləm, amma qar təmizləmək üçün lazım olan canlı qüvvələr arasında bizdə 65 yaşlı xanımlar yoxdur”.

 

Qeyd: Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılıb və məlum olub ki, sosial şəbəkədə yayılan fotolar Sumqayıt ərazisində çəkilib.

Nəzrin Cavid

Fotoları təqdim edirik
Tarix: 25 Fevral 2021, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin