BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Yaşlı qadınların Bakı küçələrini qar və buzdan təmizləməsi…”

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə yaşlı qadınların Bakı küçələrini qar və buzdan təmizləməsinə görə müvafiq qurumları tənqid edib.

 

Pravda.az xəbər verir ki, deputat bu cür halların xoşagəlməz olduğunu bildirib:

 

"Dünən möhkəm qar yağmasından sonra yaşlı qadınların Bakı küçələrini qar və buzdan təmizləməsi şəkilləri məndə də narazılıq yaratdı. Bəlkə də küçə təmizləmək dalandar kimi onların vəzifəsidir. Ancaq ağır hava şəraitində küçə təmizləməsi üçün başqa variantlar tapılmalı, qadınları bu vəziyyətdən xilas etmək lazım idi".

Tarix: 25 Fevral 2021, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin