BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan Ermənistanı tərk edir?

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni tərk etməyəcəyini bildirib.

 

Pravda.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan tərəfdarları ilə birlikdə İrəvanın mərkəzində keçirdiyi yürüş zamanı deyib.

 

N. Paşinyan onun ölkəni tərk etməsinə dair yayılan xəbərləri informasiya terroru kimi qiymətləndirib: “Mən heç yerə getmirəm və getməyəcəyəm. Ailəm də buradadır. Bunu indi görəcəksiniz. Onlar indi buraya gələcəklər”.

 

Yürüşdə N. Paşinyanı oğlu Aşot da müşayiət edir.

 

Qeyd edək ki, sosial şəbəkələrdə N. Paşinyanın ölkəni tərk edəcəyinə dair xəbərlər yayılıb.

Tarix: 25 Fevral 2021, 15:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin