BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ”ın sabiq futbolçusu cəzalandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, qurum “danışılmış oyunlar”a qarşı apardığı mübarizədə növbəti addımı atıb.

 

Qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq daha üç şəxs cəzalanıb.

 

Onların futbolla bağlı bütün növ fəaliyyətlərinə və futbol tədbirləri (oyunlar, məşqlər və s.) zamanı stadionlara girişinə qadağa qoyulub:

 

Namiq Yusifov – “Qarabağ” FK-nın sabiq oyunçusu

Ceyhun Quliyev – “Səbail-2” komandasının sabiq oyunçusu

Kamran Əkbərov – “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı

 

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.Apasport

Tarix: 10 Yanvar 2020, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin