BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyanın canı bir gülləlikdir” – Rasim Musabəyov

Baş nazir Nikol Paşinyanın faktiki olaraq hakimiyyətdən istefa verməsinə dair tələb irəli sürülüb. Paşinyan da generalları vəzifəsindən azad edib. Hazırda vəziyyət kritikdir. Hər bir halda proseslər bizim xeyrimizədir.

 

Pravda.az xəbər verir ki, bu fikirləri politoloq Rasim Musabəyov Ermənistanda müşahidə olunan kəskin hərbi-siyasi vəziyyət və dövlət çevrilişinə cəhdi şərh edərkən deyib.

 

Musabəyov ehtimal edir ki, proses Ermənistanda olan iyrənc hərbçi oyunlarının açılmasına səbəb ola bilər:

 

“Nəzərə alsaq ki, indi erməni ordusu onsuz da zəifləmiş haldadır. Demək olar ki, ümumiyyətlə parçalanıb pərakəndə duruma düşəcək. Digər tərəfdən, əgər Paşinyan hərbi çevriliş nəticəsində hakimiyyətdən qovularsa, Ermənistanın demokratik imici üzərindən xətt çəkiləcək. Onlar artıq dəstək əldə etmək imkanlarını da itirəcəklər.

 

Yəni hər iki halda indiki proseslər onsuz da zəif olan Ermənistanı iflic vəziyyətə gətirib çıxaracaq”.

 

Politoloq bildirib ki, Paşinyan xalqı küçələrə çıxara bilsə, ona qarşı olan ssenariləri poza biləcək:

 

“Amma sonda qalib gəlib-gəlməyəcəyini deyə bilmərəm. Çünki canı bir gülləlikdir. Hər bir zaman onu səhnədən silməklə vəziyyəti dəyişə bilərlər. Hər bir halda bu, onları daha da ağır vəziyyətə salacaq. Buyurub etsinlər”.

 

Teleqraf.com

Tarix: 25 Fevral 2021, 20:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin