BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Rəsm qalereyası yandı - YENİLƏNDİ

Bakının Səbail rayonunda yanğın baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə Kiçi Qala küçəsi 82 ünvanında qeydə alınıb.

 

Mənzil 3-də yerləşən kondisenerdə elektrik qısaqapanması səbəbəindən alov yaranıb.

 

Nəticədə üç otaqlı mənzildə olan rəsm əsərləri yanıb. Hazırda əraziyə FHN-in yanğından mühafizə xidmətin əməkdaşları cəlb edilib.

 

Alov söndürülüb və soyutma işləri aparılır.

 

Qeyd edək ki, mənzil incəsənət qalereyasına məxsusdur.APA

 

***

23:52

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

 

FHN-dən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb edilib.

 

Yanğınsöndürmə işləri davam etdirilir.

Tarix: 26 Fevral 2021, 00:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin