BURADA REKLAMINIZ OLA
BİLƏR

“Peugeot” loqosunu yenilədi

Fransız avtomobil markası olan “Peugeot” arxa ayaqları üstə dayanan aslan əks edilmiş müasir versiyasından ciddi şəkildə fərqlənəcək yeni loqosunu təqdim edib.

 

Pravda.az TASS-a istinadən xəbər verir ki, şirkət yeni istehsal edəcəyi avtomobillərindəki loqoda aslan başı və “Peugeot” yazısı ilə üçbucaqlı qalxan əks ediləcək.

 

2021-ci ildə buraxılması planlaşdırılan yeni nəsil “308 hatchback” yeni simvollara sahib ilk model olacaq.

 

Qeyd edək ki, yenilik şirkətin 19-cu əsrə aid loqosunun 11-ci versiyası kimi xarakterizə edilib. Son dəfə şirkət tərəfindən oxşar görüntü 1960-cı illərin əvvəllərində istifadə edilmişdi.

 

APA

Tarix: 26 Fevral 2021, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin