BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Komitə sədri: "Hərbiçilərə iki qat maaş lazım deyil" cümləsi Milli Məclis sədrinə aid deyil, dezinformasiyadır

“Milli Məclisin 23 fevral tarixli plenar iclasından sonra bəzi sosial şəbəkə istifadəçilərinin bilərəkdən, ya bilməyərəkdən Milli Məclis sədrinin sözlərinin yanlış təqdimatını və bununla bağlı müzakirələrin zərərli istiqamətdə aparılmasını müşahidə etməkdəyik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

T.Mirkişili iclasda iştirak etdiyini bildirib və məsələyə aydınlıq gətirib: Sosial şəbəkələrdə yayılan "Hərbiçilərə iki qat maaş lazım deyil" cümləsi Milli Məclis sədrinə aid deyil, dezinformasiyadır. Çıxışların əsli stenoqramlarda var. Birinci cümlə (Qarabağ döyüş bölgəsi deyil) dövlətin rəsmi mövqeyidir, biz döyüşü bitirmişik, qalib gəlmişik, bizimlə bölgədə döyüş apara biləcək qüvvə qalmayıb, ordumuz düşmənin başını əzib. Və bu cümlə guya "hərbçilərə ikiqat maaş vermək lazım deyil" anlamına gəlmir. Hərbiçilərə dövlət dəstəyi hər zaman yüksək səviyyədə olub, bu il də hərbi xərclər də artırılıb. Orduya maliyyə dəstəyi hər zaman lazımı səviyyədə olacaqdır. Müzakirələr qanunda yazılmış "döyüş bölgəsi" ifadəsinin aydınlaşdırılmasının vacibliyi ilə bitib. Qəhrəman hərbiçilərimizə yüksək qayğı və dəstəyin göstərilməsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daim diqqətindədir. Biz də Milli Məclis üzvləri olaraq hər zaman bu siyasətin həyata keçməsində qanunvericlik fəaliyyəti göstəririk”.

 

Fotoları təqdim edirik
Tarix: 26 Fevral 2021, 08:17   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin