BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu gün bütün təhsil müəssisələrində ilk dərs Xocalıya həsr olunur" - Nazir

"Xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən qanlı səhifəsidir".

 

Pravda.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

"Bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər. Hər il 26 fevral tarixində bütün təhsil müəssisələrimizdə ilk dərs Xocalıya həsr olunur. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırım qurbanlarını dərin hörmətlə anırıq. Allah rəhmət eləsin!", - nazir əlavə edib.

Tarix: 26 Fevral 2021, 08:44   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin