BURADA REKLAMINIZ OLA
BİLƏR

Hafiz Paşayev: “Müharibə qurbanlarının qanı yerdə qalmadı”

“26 fevral Ermənistan-Azərbaycan münaqişəsində ən faciəli gündür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ADA-nın rektoru, professor Hafiz Paşayev Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı Xarici İşlər Nazirliyi və ADA tərəfindən təşkil olunan tədbirdə çıxışında deyib.

 

H.Paşayev bildirib ki, yüzlərlə dinc insan, qadınlar, uşaqlar, qocalar 29 il öncə bu gün həyatını qurban verib: "Onlar Ermənistan silahlı qüvvələrinin vəhşiliyi nəticəsində qətlə yetiriliblər. Onların adları tarixə əbədi həkk olunub”.

 

H. Paşayev deyib ki, builki anım mərasimi xüsusidir, çünki qələbədən sonra qeyd olunur: “Fəxr edirik ki, Azərbaycan qəhrəman ordusu və qəhrəman prezidenti sayəsində öz torpaqlarını işğaldan azad edib. Müharibə qurbanlarının qanı yerdə qalmadı”, - deyə ADA rektoru bildirib.

Tarix: 26 Fevral 2021, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin