BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Guya demişəm ki, hərbçilərin ikiqat maaş almasına qarşıyam”

“Hansısa şərəfsiz və alçaq mənim adımdan belə bir status paylaşıb. Guya mən bunları demişəm: “Hərbçilərin ikiqat maaş almasına qarşıyam. Buna ehtiyac yoxdur. Aldılar, bəsləridir. Hazırda Qarabağ döyüş bölgəsi deyil””. 

Pravda.az  xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib.


“Bunları mənim adımdan yayan şərəfsiz və alçaqlara üzümü tutub deyirəm: “Bu cümlələrin birini mənim səsimlə paylaşsanız, yaxud bu ifadələri hansısa yazımda tapıb göstərsəniz, Xalqım qarşısında üzr istəməyə hazıram”. Şərəfsiz və alçaqlar, qandıra bildim sizləri!”.

Tarix: 26 Fevral 2021, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin