BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "İnsanlığa qarşı yönəlmiş heç bir cinayət cəzasız qalmamalıdır"

Hər bir azərbaycanlı üçün Xocalı soyqırımının anım günü 26 fevral tarixi ilə məhdudlaşmamalıdır. Bu qanlı faciəni hər zaman xatırlamaq və dünyaya çatdırmaq bizim mənəvi borcumuzdur. Xocalı soyqırımı Azərbaycan tarixində  unudulması mümkün olmayan, xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən  amildir  ki, heç zaman milli yaddaşımızdan  silinməyəcəkdir. 1992- ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər dünyada ən qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etdilər. Xocalı soyqırımı ermənilərin əvvəlki illərdə xalqımıza qarşı törətdikləri amansızlıqların cəzasız qalması və erməni faşizminin antiazərbaycan siyasətinin məntiqi nəticəsidir. Düşünürəm ki, Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım idi.  Azərbaycanlılara qarşı törədilən bu faciələr bir daha göstərir ki, ermənilər bəşəriyyətə qarşı çox böyük təhlükədir. Son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Azərbaycan dövləti də Xocalı soyqırımına həmişə ideoloji siyasətimizin əsas tərəflərindən biri kimi baxıb, Prezident İlham Əliyev şəxsən özü dəfələrlə ən yüksək beynəlxalq tribunalarda cəsarətlə xalqımızın üzləşdiyi faciəni real faktlarla dünya ictimaiyyətinə çatdırmışdır. Azərbaycan dövlətinin, xalqının ən əsas vəzifəsi bu faciəni dünyaya çatdırıb, layiqli dəyərini görməsi olub. Uzun illər bu sahədə görülən işlər öz bəhrəsini verib, xarici ölkələrdə xüsusi olaraq Xocalı günləri qeyd olunub. Demək olar ki, artıq bu gün dünya Xocalı soyqırımı ilə bağlı bütün həqiqətləri təfərrüatı ilə bilir və fikrimcə insanlığa qarşı yönəlmiş heç bir cinayət cəzasız qalmamalıdır.

 

Müşfiq Cəfərov

 

Milli Məclisin deputatı

 

Tarix: 26 Fevral 2021, 16:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin