BURADA REKLAMINIZ OLA
BİLƏR

Artur Rasi-zadədən AÇIQLAMA

Bu gün Azərbaycanın keçmiş Baş naziri Artur Rasizadənin 86 yaşı tamam olur.

 

Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib. Əslən Naxçıvan Muxtar Respublikasındandır.

 

Artur Rasizadə Azərbaycan Respublikasının 6-cı və 8-ci Baş naziri olub. Demokrat.az-ın jurnalisti doğum günü münasibətilə Artur Rasizadəni təbrik edərək, onun fikirlərini öyrənib.

 

Keçmiş Baş nazir Xocalı soyqırımı gününə təsadüf etdiyi üçün doğum gününü qeyd etmədiyini söyləyib:

 

"Xocalı soyqırımı törədiləndən bəri ad günümü heç zaman qeyd etmirəm".

 

Söhbət zamanı Artur Rasizadə jurnalistlərlə dost olduğunu da bildirib:

 

"Sağ olsunlar, jurnalistlər məni heç zaman unutmurlar, ad günümü təbrik edirlər. Jurnalistlər dəyərli insanlardır, hər birinə uğur arzu edirəm. Pandemiya dövründə özlərini qorusunlar".

 

Artur Rasizadə hazırda evində dincəldiyini deyib.

 

Prezident İlham Əliyevin bu gün keçirdiyi brifinqin əhəmiyyətinə də toxunan Artur Rasizadə ölkə başçısının tarixi çıxışlara və əhəmiyyətli islahatlara imza atdığını söyləyib.

 

Onun sözlərinə görə, Azərbaycanın tarixi qələbəsi ölkəmizin dünyadakı nüfuzunu daha da artırır.

Tarix: 26 Fevral 2021, 22:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin